Accessibility links

APEK ölkələrinin illik sammitindən əvvəl qətnamə layihəsi qəbul edilib


Sidneydə keçiriləcək APEK ölkələrinin illik sammitindən əvvəl açıqlanan qətnamə layihəsində liderlər qlobal ticarətin yekun danışıqlarında nailiyyət əldə edilməsinin vaciblyini vurğulayırlar. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının 21 üzvü bildirib ki, Ümumdünya Ticarət Təşkilatının Doha görüşünün nailiyyətinə böyük ehtiyac duyulur. Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının görüşü bu gün başlayır. Təşkilata 151 üzv ölkənin müzakirələri yoxsul və zəngin ölkələr arasındakı fərq, ticarət maneələrinin aradan qaldırılması yolları və digər problemlərə görə 2001-ci ildə dayandırılmışdı. Avstraliyada Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlı Təşkilatının 21 üzvünün iştirak edəcəyi forum güclü təhlükəsizlik tədbirləri altında keçiriləcək. ABŞ, Rusiya və Çin prezidentlərinin də iştirakı ilə sentyabrın 8-də başlayacaq tədbirdə iqlim dəyişikliyi, qlobal ticarət və regional iqtisadi inteqrasiya məsələləri müzakirə ediləcək.

XS
SM
MD
LG