Accessibility links

ABŞ prezidenti gözlənilmədən İraqa səfər edib


Prezident Buş və administrasiyanın digər yüksək səviyyəli rəsmiləri İraqa əvvəlcədən elan olunmamış səfər ediblər. Cənab Buş, dövlət katibi Kondoliza Rays və Milli Təhlükəsizlik naziri Stiven Hedlini daşıyan təyyarə Bağdaddan qərbdə, Ənbər vilayətində hərbi hava bazasında enib. Müdafiə naziri Robert Qeyts və nazirliyin digər yüksək səviyyəli rəsmiləri İraqa ayrı təyyarədə gəliblər.

Prezident Buş İraqda ABŞ və İraq rəsmilərilə görüşərək deyib ki, təhlükəsizlik şəraiti yaxşılaşmağa davam etsə, bəzi Amerika əsgərləri vətənə qayıda bilər.

Danışıqlarda, Pentaqonun bildirdiyi kimi, Buş administrasiyasının rəsmiləri və cənab Buşun ABŞ-ın İraqa dair gələcək siyasətilə bağlı qəbul etməli olacağı qərarların həyata keçməsində rolu olan yüksək səviyyəli İraq liderləri iştirak edib.

XS
SM
MD
LG