Accessibility links

Halə İsfəndiyari İranı tərk edib


İranda həbs edilmiş İran mənşəli amerikalı akademikin vəkili deyib ki, o, ölkəni tərk edib. Vəkil deyib ki, Halə İsfəndiyari bazar günü pasportunu almış və İranı tərk etmişdir. İran rəsmiləri İsfəndiyarini üç ay həbsdə saxladıqdan sonra buraxıblar. İran İsfəndiyarini və başqa iranlı-amerikalıları hökuməti yıxmaq planında ittiham edib.

Halə İsfəndiyari Vudro Vilson Mərkəzində Yaxın Şərq üzrə ekspertdir. İran hələ də iki iranlı-amerikalını - Kian Tacbəxşi və Əli Şakerini həbsdə saxlayır.

XS
SM
MD
LG