Accessibility links

Rusiyanın ABŞ-ın raketlərdən müdafiə sistemi və Kosovo məsələlərində mövqeyi dəyişməz qalır


Rusiya ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sisteminin yerləşdirillməsi planlarına müxalif qalmağa və Kosovonun statusunun Serbiyanın maraqlarına uyğun həllinə təkid etməyə davam edəcək. Bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. Sergey Lavrov bəyan edib ki, Rusiya ABŞ-ın Şərqi Avropada raketlərdən müdafiə sistemi və Kosovonun statusu məsələlərilə bağlı mövqeyindən geri çəkilməyəcək. Moksva Dövlət Beynəlxalq Münasibətlər insitutunun tələbələri qarşısında çıxış edən Sergey Lavrov deyib ki, bunlar onun sözlərilə “Rusiya üçün toxunulmaz məsələlərdir.” Lavrov qeyd edib ki, Rusiya artıq Birləşmiş Ştatların düşməni deyil, lakin bununla belə ikitərəfli münasibətlərdə düzəlişlərə ehtiyac var. Kosovo və ABŞ-ın raketlərdən müdafiə sisteminə dair açıqlamalar onu göstərir ki, Rusiyanın qərblə münasibətlərində iki əsas problemin yaxın zamanlarda həll olunacağını gözləmək olmaz. Rusiya xarici işlər naziri hər il institutun tələbələri qarşısında ölkənin xarici siyasətinin əsas istiqamətlərinə dair mühazirə ilə çıxış edir.
XS
SM
MD
LG