Accessibility links

İran İraqın iddialarını rədd edir


İraqın xarici işlər naziri Hoşyar Zebari İrandan şimal bölgələrdəki kürdlərə qarşı hücumlarına son qoymağı tələb edib. Dünən Tehranda nazirlərin yığıncağında iştirak edən cənab Zebari bildirib ki, sərhədlərdəki atışmalar yüzlərlə kürdü yerindən didərgin salıb və bu, İraq-İran münasibətlərini təhlükə altına alır. İranın xarici işlər nazirinin müavini Mehdi Mustafavi isə İranın İraq ərazilərini aətşə tutmasına dair bu iddiaları rədd edib. Bu arada ABŞ ordusunun bildirdiyinə görə, koalisya qüvvələri tərəfindən İrandan İraqa silah aparan iki qaçaqmalçı ələ keçirilib.

XS
SM
MD
LG