Accessibility links

Dəyirmi Masa: İran-Azərbaycan Münasibətləri


Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfatından sonra həmin ölkədə hakimiyyətə gələn yeni qüvvə Xəzər Dənizinin statusu ilə bağlı ümumi möqe ilə razılaşmağa meylli görünür. Əgər Prezident Qurbanqulu Berdimuxamedov rəsmi Aşqabadla Bakı arasındakı fərqləri aradan götürməyə nail olsa onda Xəzərin statusu ilə bağlı mübahisədə İran yeganə müxalif tərəf kimi qala bilər. Belə olduğu halda rəsmi Bakı İranla problemləri necə yoluna qoya bilər? Azərbaycanla İran arasındakı münasibətlərin hazırkı durumu nə yerdədir? İranda yaşayan Azərbaycanlı azlıq bu münasibətlərdə nə cür faktordur? Azərbaycan-İran münasibətləri mövzusunda bu və digər suallar üzərində diskussiya aparmaq üçün həftənin ənənəvi dəyirmi masa söhbətinə Azərbaycan Naminə Fondunun rəhbəri Eldar Namazov və Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun direktoru Ağrı Qaradağlını dəvət etmişik.
XS
SM
MD
LG