Accessibility links

ABŞ prezidenti Corc Buş  İraqdan Sidneyə gedib


ABŞ prezidenti Corc Buş APEK ölkələrinin illik sammitində iştirak etmək üçün İraqdan Sidneyə gedib. İraq müharibəsi Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının gündəliyində yer alan əsas məsələlərdən olacağı gözlənilir. Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlı Təşkilatının 21 üzvünün iştirak edəcəyi forum güclü təhlükəsizlik tədbirləri altında keçiriləcək. ABŞ, Rusiya və Çin prezidentlərinin də iştirakı ilə sentyabrın 8-də başlayacaq tədbirdə iqlim dəyişikliyi, qlobal ticarət və regional iqtisadi inteqrasiya məsələləri müzakirə ediləcək.

XS
SM
MD
LG