Accessibility links

Bomba hücumları planlaşdıranlar həbs edilib


Almaniyanın səlahiyyətli nümayəndələri tərəfindən Frankfurt hava limanı və ABŞ-ın Ramşteyndəki hərbi bazasında bomba hücumu planlaşdıran şəxslər həbs edilib. Federal prokuror Monika Harmsın dediyinə görə, şübhəlilər sinxron maşın partlayışlğarından istifadə etmək üçün böyük miqdarda hidrogen peroksid əldə ediblər. Xanım Harms mümkün hədəflərin amerikalıların daha çox olduğu yerlər - diskotekalar, barlar və aeroportlar olduğunu deyib.

ABŞ-ın Ramşteyndəki hərbi hava bazası İraq və Əfqanıstandakı müharibələr üçün əsas nəqliyyat mərkəzidir. Həbs edilən şəxslərin ikisinin almaniya vətəndaşı, üçüncüsünün isə ya türk, ya da pakistanlı olduğu bildirilir.

XS
SM
MD
LG