Accessibility links

Pakistanın sabiq baş naziri mühacirətdən vətənə qayıtmağı planlaşdırır


Pakistanın sürgündəki keçmiş Baş naziri Nəvaz Şərif Səudiyyə Ərəbistanının onun vətənə qayıtmaması haqda xahişinə baxmayaraq, gələn həftə Pakistana gedəcəyini bildirib. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi adının açıqlanmadığı ölkə rəsmisinə istinadən məlumat verib ki, cənab Şərif 2000-ci ildə krallığa gəldiyi vaxt 10 il müddətində Pakistana getməyəcəyi və siyasətlə məşğul olmayacağı barədə vədinə əməl etməlidir. Nəvaz Şərifin başcılıq etdiyi Pakistan müsəlman birliyi onun sentyabrın 10-da vətənə qayıdacağını bildirib. Pakistanın iki dəfə Baş naziri olmuş Nəvaz Şərif korrupsiya ittihamlarıı ilə məhkəməyə cəlb oluna bilər. Bu arada, Paksitanın daha bir sabiq baş naziri Bənazir Bhuttonun rəhbərlik etdiyi Pakistan Xalq partiyasının sözçüsü deyib ki, prezident Müşərrəflə hakimiyyətin bölüşdürülməsinə dair hökumət rəsmilərilə aparılan danışıqlarda inkişaf əldə edilib.
XS
SM
MD
LG