Accessibility links

Luçano Pavarotti dünyasını dəyişdi


Dünya şöhrətli tenorun ölümü İtaliyanın musiqi dünyasını böyük itkiyə məruz qoyub. Bir çoxları Pavarottini heç kimin əvəz edə bilməyəcəyini deyir. O, bu gün 71 yaşında dünyasını dəyişdi. Mədəaltı vəzi xərçəngi xəstəliyindən Pavarotti İtaliyanın şimal Modena şəhərindəki evində vəfat edib.

Tenor opera sənətini onu heç vaxt eşidib-gösrməyən insanlara parklar və stadionalarda tanıtdırmaqla məşhurlaşmışdı. Ən yüksək notları götürə bilən Pavarotti səsinin qulu olduğunu deyirdi. Lucano Pavarottiyə əfsanəvi vokalistlər - Plaçido Dominqo və Hose Karrerasla birgə yaratdığı “Üç tenor” triosu xüsusi şöhrət gətirmişdi. Pavarottinin son konserti 2005-ci ilin dekabr ayında Taipeydə təşkil edilmişdi.

XS
SM
MD
LG