Accessibility links

Ekspertlər İraqda sabitliyin əldə olunmasının yeganə yolunun siyasi birlik olduğunu deyirlər


Ekspertlərdən ibarət müstəqil şura bildirib ki, İraq hərbi qüvvələri ölkənin təhlükəsizliyini təmin etmək 12 ayla 18 ay arasında bir müddətdə hazır ola bilər. Bu qiymət istefada olan hərbi dəniz qüvvələrinin generalı Ceyms Consun başçılığı şuranın ABŞ Senatına təqdim edəcəyi hesabatda verilir.

Hərbi və təhlükəsizlik məsələləri üzrə ekspertlərin hazırladığı hesabatda deyilir ki, İraq hərbi qüvvələri mühüm inkişafa nail olub, lakin quru qüvvələrin yardımla təmin edilməsi işinə tam hazırlıq 2 ilə qədər çəkə bilər. Ekspertlər bildirirlər ki, İraq polisi təriqətçilik və korrupsiyaya məruz qalıb və buraxılmalıdır. Şura onu da bildirir ki, siyasi birlik İraqda uzun müddət üçün sabitliyin əldə olunmasının yeganə yoludur.

XS
SM
MD
LG