Accessibility links

Hərbi təyyarələr binaların damlarındakı yaraqlıları nişan alıb


Bu gün Bağdadın qərbində Birləşmiş Ştatlar və İraqın xüsusi hərbi bölməsinin şiə yaraqlıları olmaqda şübhəli bilinən silahlı şəxslərlə qarşıdurması nəticəində azı 14 nəfərin öldürüldüyü bildidilir. Birləşmiş Ştatlar hərbiçilərinin məlumatında bildirilir ki, qarşıdurma terror şəbəkələrinin üzvlərinə qarşı koalisiya qüvvələrinin keçirdikləri reyd zamanı binaların damlarından yaraqlılar tərəfindən atəş açıldırdan sonar baş vermişdir. Hərbiçilər bildrirlər ki, hərbi təyyarələr binaların damlarındakı yaraqlıları nişan alarkən bir neçə bina zədələnmişdir. Hadisənin baş verdiyi məhəllənin radikal şiə ruhanisi Moqtəda Əl –Sədrin Mehdi Ordusunun nəzarəti altında olduğu bildidilir.

Bu gün eləcə də bildirilir ki, Kərkük şəhərində və Dəclə çayı vadisində İraq və koalisiya qüvvələrinin Əl-Qaidəyə qarşı keçirdikləri əməliyyatlar zamanı azı 6 nəfər ölmüş, 25 nəfər isə həbs edilmişdir.

XS
SM
MD
LG