Accessibility links

APEK sammitinin ilk günü bəyanat imzalandı


Avstraliyanın Sidney şəhərində də iki günlük zirvə toplantısının birinci gününü başa çatdıran Asiya-Sakit Okeanı Ölkələrinin liderləri qlobal iqlim dəyişikliyinə səbəb olan istixanə qazlarının azaldılması haqda sənədə imza atıblar.

Avstralyanın baş naziri Con Hovard deyib ki, dünyanın 21 sənaye ölkəsi istixanə qazlarının tullantılarının azaldılması istiqamətində məqsədlərin müəyyənləşdirilməsinə razı olublar. Bununla belə, ümumi hədəflər müəyyən edilməyib. Ətraf mühit müdafiəçiləri Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatını məqsədlər deyil, hədəfləri müəyyən etməyə çağırıb. Lakin Birləşmiş Ştatlar da daxil olmaqla, bir sıra ölkələr belə bir bəyanatın qəbul edilməsinin əleyhinə çıxıb.

XS
SM
MD
LG