Accessibility links

Əlcəzairdə intiharçı hücumu onlarla adamın həyatına son qoyub


Əlcəzair rəsmiləri deyirlər ki, paytaxtın şərqində ordu barakları yaxınlığında intiharçı hücumu nəticəsində ən azı 30 adam həyatını itirib. Onlar hücumda Əl Qaidanı günahlandırırlar. Partlayıcı maddələrlə dolu maşın Əlcir şəhərindən 90 kilometr aralıda Dellis limanı yaxınlığında partlayıb. 50-yə yaxın adam yaralanıb. Əl Qaida terror şəbəkəsinin şimali Afrika bürosu İnternetdə hücumlar üçün məsuliyyəti öz üzərinə götürüb. Prezident Buşun sözçüsü hücumları vəhşilik adlandıraraq insidenti azadlıqsevər xalqların hər yanda təhlükə ilə üzləşdiklərinin əlaməti kimi qiymətləndirib.

XS
SM
MD
LG