İslamçılara məxsus veb səhifədə Əl-Qaidə terror təşkilatının liderinin Birləşmiş Ştatlara qarşı sentyabrın 11-i hücumlarının altıncı ildönümü yeni video mesaj göndərəcəyi bildirilir. Məlumatda deyilir ki, Üsəma Bin Laden sentyabrın 11-i təyyarə qaçıranlardan birinin vəsiyyətini təqdim edəcək. Əl-Qaidənin mətbuat orqanı olan Əl-Səhab bundan öncə sentyabrın 11-i hadisələrinin ildönümü 19 təyyarə qaçıranlardan bəzilərinin vəsiyyətini oxuğunu göstərən video-lenti nümayiş etdirmişdi. Keçən həftə Bin Ladenin son üç ildə ilk dəfə olaraq çəkilmiş videosu nümayiş etdirilmişdi.