Accessibility links

Pakistanın sabiq baş naziri Nəvaz Şərif deportasiya edildi


Pakistanın sabiq baş naziri Nəvaz Şərif İslamabada gəldiyi an həbs edilmiş, daha sonra Səudiyyə Ərəbistanına deportasiya olunmuşdur. Cənab Şərif Pakistana hazırkı prezident, general Pərviz Müşərrəfin hökuməti devirməsi nəticəsində 8 il əvvəl ölkəni tərk etməsindən sonra ilk dəfədir qayıdırdı.

Təyyarədə 90 dəqiqiə sürən qarşıdurmadan sonra Nəvaz Şərif aeroportun terminalına aparılmışdı. Sonra o, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə nəzarət altına alınmış və Səudiyyə Ərəbistanına yola salınmışdı.

XS
SM
MD
LG