Accessibility links

Vladimir Putin ABŞ-la kompromis əldə ediləcəyinə ümid bəsləyir


Rusiya prezidenti Vladimir Putin şərqi Avropada anti-raket sisteminin yerləşdirilməsi planları ilə bağlı ABŞ-la kompromis əldə ediləcəyinə ümid etdiyini bildirib. Rusiya Xəbər Agentliyinin məlumatına əsasən cənab Putin bu şərhi Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı edib. Xəbərdə bildirilir ki, Rusiya lideri hədə-qorxu dili əvəzinə kompromis tərəfdarı olduğunu vurğulayıb.

Bu arada Rusiya və ABŞ ekspertləri məsələni müzakirə etmək üçün Parisdə görüşüblər. ABŞ rəsmiləri Polşada 10 raket qəbuledicisinin və Çex Respublikasında Radar monitorunun qoyulmasını İran və Şimali Koreyadan mümkün hücumlara qarşı müdafiə tədbiri kimi izah edirlər. Rusiya isə bu tədbiri öz təhlükəsizliyinə hədə kimi qiymətləndirir.

XS
SM
MD
LG