Accessibility links

Koalisiya qüvvələri Bağdadda reyd keçirib


ABŞ hərbiçilərinin bildirdiyinə görə, İraqdakı əməliyyatlar nəticəsində koalisiya qüvvələri tərəfindən 20-dən artıq terrorçu öldürülüb. Bağdadın şərqində 9 silahlı terroristin öldürüldüyü, 8-nin isə ələ keçirildiyi bildirilir. Lakin məlumat İraq polisi və şahidlər tərəfindən inkar edilib. Onlar sübh çağı Sədr məhəlləsində həyata keçirilən əməliyyatlar nəticəsində 3 milki vətəndaşın öldürüldüyünü, bir neçə maşına ziyan vurulduğunu deyirlər. Koalisiya qüvvələrinin Bağdadın cənubunda Əl-Qaidə yaraqlılarına qarşı reydi nəticəsində 6 terrorçunun öldürüldüyü, 5-nin nəzarət altına alındığı bildirilir.

XS
SM
MD
LG