Accessibility links

Qəbilələrin məskunlaşdığı ərazilərdə hücumlar artıb


Pakistanın şimal-qərbində intiharçı özünü avtobus dayanacağı yaxınlığında partladaraq, ən azı 16 adamın ölümünə bais olub. Polis deyir ki, intiharçı avtobusa daxil olmaq istəyərkən polis ona yaxınlaşıb və bu məqamda o, partlayıcı qurğunu işə salmışdır. Beləliklə 2 polis və 13 mülk vətəndaş ölmüşdür.

Hücum Əfqanıstanla sərhəd Dera İsmayıl Xan qəsəbəsində baş verib. Ümumən Pakistanın qəbilələr məskunlaşan ərazilərində hücumlar bir neçə ay öncə, Qırmızı Məscidə reyddən sona artıb. Talibanpərəst militantlar həmçinin Əl Qaida döyüşcülərini təqib etmək haqda Pakistan hökuməti ilə razılıqdan geri çəkiliblər.

XS
SM
MD
LG