Accessibility links

Rusiya prezidenti Viktor Zubkovu yeni baş nazir vəzifəsinə nominasiya edib


Rusiya prezidenti Vladimir Putin kabinet rəsmisi Viktor Zubkovu baş nazir vəzifəsinə nominasiya edib. Rusiya parlamentinin aşağı palatasının sədri Boris Qrızlov bildirib ki, cənab Putin Dumanı Zubkovun nominasiyasını təsdiq etməyə çağırıb. Qanunvericilər hazırda Federal Maliyyə Monitorinqi Xidmətinin rəisi olan Zubkovun bu vəzifəyə təsdiq edilməsilə bağlı səsverməni cümə günü keçirməlidir. Bu gözlənilməz addım baş nazir Mxail Fradkov və kabinet üzvlərinin ölkədə qarşıdan gələn parlament və prezident seçkilərinə hazırlıqlar çərçivəsində istefa verməsindən sonra atılır.

Rusiya mediyası prezidentə istinadən xəbər verib ki, baş nazirin itsefası dekabr ayında keçiriləcək parlament seçkilərindən öncə hökumətin yenidən təşkili üçün zəruri idi. Rusiyada prezident seçkiləri gələn ilin mart ayına təyin olunub.

XS
SM
MD
LG