Accessibility links

Gürcüstanın xarici işlər naziri ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşüb


Gürcüstan respublikasının xarici işlər naziri Gela Bezuaşvili ölkəsinin NATO-ya üzvlük məsələsinin müzakirəsi məqsədi ilə ABŞ-ın müdafiə naziri Robert Geyts və Dövlət katibi Kondoliza Raysla görüş keçirib. Nazir Amerikanın səsinə deyib ki, Dövlət katibi Rays onun ölkəsinin Avro-Atlantik alyansa inteqreasiyası ilə bağlı istəklərinə tam dəstəyini ifadə edib. Müzakirələr zamanı Gürcüstanın Rusiya ilə gərgin münasibərlərinə də toxunulub.

Gürcüstan Amerikanın İraqdakı hərbi fəaliyyətlərini dəstəkləməklə, NATO-ya üzv olmaq üçün ABŞ-ın yardımına bel bağlayır. Hazırda ABŞ-da İraqdakı qüvvələrin ixtisarı müzakirə edildiyi bir vaxt Gürcüstan İraqdakı 850 əsgərdən ibarət qüvvəsini 2000 qaldırmağı planlaşıdırır. Bu ölkənin yaxın gələcəkdə NATO-nun Əfqanıstandakı missiyasında da iştirakı gözlənilir.

XS
SM
MD
LG