Accessibility links

ABŞ prezidenti müsəlmanları təbrik edib


ABŞ prezidenti Corc Buş Birləşmiş Ştatlar və dünya müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib. Amerika prezidenti deyib ki, Ramazan ayı Məhəmməd Peyqəmbərə Quranın nazil olunduğu günün ildönümünə təsadüf edir və bu ay müsəlmanlar dualar oxuyub ibadət edərək, Allahı yada salırlar. Ramazan ayı həm də ailə və icma daxilində əlaqələrin gücləndirilməsi və Allahın nemətlərinin yoxsullar və ehtiyacı olanlarla bölüşdürülməsi üçün bir vasitədir.

Amerika prezidenti qeyd edib ki, Amerikada müxtəlif dinlər mövcuddur və ictimaiyyət müsəlman vətəndaşların sayəsində daha da inkişaf edib. Prezident Buş mübarək Ramazan ayının xeyirxahlıq və xeyriyyəçilik ənənələrinin tərənnümü olduğunu deyib.

XS
SM
MD
LG