Accessibility links

İraqda yaraqlılara qarşı mübarizə aparan nüfuzlu sünnü şeyx qətlə yetirilib


ABŞ-ın başçılığı ilə İraqda Əl-Qaidəyə qarşı mübarizədə mühüm rol oynayan sünnü ərəb şeyx yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. İraq polisi Əbdül Səttar Əbu Rişanın Ənbər vilayətində evinin yaxınlığında baş vermiş hücum nəticəsində öldüyünü bildiirb. Əbu Rişa keçən həftə İraqa səfər edən prezident Buşla görüşən qəbilə başçıları arasında olub. O, İraqda Əl-Qaidəyə qarşı mübarizə aparan şeyxlərin alyansının lideri idi. ABŞ liderləri bildiriblər ki, bu alyans İraqda təhlükəsizliyin yaxşılaşdırılmasında əsas inkişaf olmuşdur.
XS
SM
MD
LG