Accessibility links

Sünni qəbilə şurasının lideri dəfn edildi


Sünni qəbilə şurasının lideri Şeyx Əbdül Səttar Əbu Rişanın dəfn mərasiminin iştirakçıları Əl-Qaidədən qisas almağa çağırıb. Xatırladaq ki, sünni qəbiləsinin lideri dünən evi yaxınlığında yolkənarı bomba partlayışının qurbanı olmuşdu. İraq polisi və ABŞ-ın həbi maşınlarının müşayiəti ilə Əbu Rişanın cənazəsi Ramadidəki evindən q əbiristanlığa aparılmışdı. Hücumun məsuliyyətini üzərinə alan olmasa da, mərhumun ailə üzləri İradakı Əl-Qaidə terrorçularını günahlandırır. Şeyx Əbdül Səttar Əbu Rişa digər müttəfiq şeyxlərlə bərabər Əl-Qaidəyə qarşı mübarizəyə qalxaraq, Əl-Ənbar vilayətində təhlükəsizliyin təmin edilməsi prosesində fəal rol oynayırdı.

XS
SM
MD
LG