Accessibility links

Demokratlar prezident Buşun İraq planını tənqid edir


Prezident Buşun İraqa dair planları ilə bağlı Amerika xalqına müraciətinə demokratların cavabını verən senator Cek Rid deyib ki, prezident İraqda müharibəyə son qoymaq üçün nə plan irəli sürə bilmiş, nə də ki müharibəni davam etdirmək üçün məntiqi dəlillər gətirə bilmişdir. Senatın Silahlı Qüvvələr komitəsinin nüfuzlu üzvü olan Cek Rid deyib ki, prezidentin dekabr ayına qədər bəzi Amerika əsgərlərinin İraqdan çıxarılmasına dair planı real dəyişikliyi nəzərdə tutmur. Senatorun bildirdiyinə görə, bu ilin əvvəli əsglərin sayının artırıllması qərarı cənab Buşun göstərdiyi İraq liderlərinə siyasi inkişaf üçün vaxt vermək kimi əsas məqsədə nail olunmasına gətirib çıxarmayıb. Corc Buşun çıxışına öz cavabını vermək üçün MSNB televiziyasında iki dəqiqə vaxt alan Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürmüş Con Edvards deyib ki, ABŞ əsgərləri planı olmayan prezident və onları vətənə qaytarmağa cəsarəti olmayan Konqres arasında qalıblar.
XS
SM
MD
LG