Accessibility links

Viktor Yuşçenko parlament seçkilərinin demokratik olacağına söz verib


Bu gün Avropa Birliyinin yüksək vəzifəli rəsmiləri Ukraynanın siyasi qeyri-müəyyənliyi və iki həftə sonra keçiriələcək ümummilli seçkilərin müzakirəsi üçün Kiyevdə toplaşıblar. Ukrayna prezidenti Viktor Yuşçenko ölkədə keçiriləcək parlament seçkilərinin azad və demokratik olacağına söz verib.

Cənab Yuşçenko bu gün Kiyevdə Avropa Birliyinin yüksək vəzifəli rəsmilərinə deyib ki, sentyabrın 30-da keçiriləcək səsvermə milli və beynəlxalq standartlara uyğun olacaq. O, həmçinin Ukraynanın 27 ölkənin daxil olduğu quruma üzvlüyü ilə bağlı istəklərini bir daha dilə gətirib.

Avropa Birliyinin liderləri Ukraynada sabit hökumətin yaradaılmasının bu məqsədə çatmaq istiqamətində addım olduğunu deyiblər. Birgə izamaladıqları bəyanatda tərəflər əməkdaşlığın gücləndirilməsinə dair razılıqla bağlı müzakirələri alqışlayıblar.

Bugünkü görüşə, Ukrayna prezidenti Viktor Yuşenko Portuqaliyanın baş naziri Hose Sokratosla birgə başçılıq edir. Portuqaliya Avropa Birliyinin hazırkı rəhbəridir.

XS
SM
MD
LG