Accessibility links

Vaşinqtonda İraq müharibəsi əleyhdarları və tərəfdarları nümayişlər keçiriblər


İraq müharibəsinin əleyhdarları və tərəfdarları Vaşinqtonda yürüşlər keçirir. Müharibə əleyhinə ANSWER koalisiyası İraq müharibəsi veteranları və əsgərlərin ailə üzvlərinin Ağ evdən Kapitoliya binasına qədər yürüşünü təşkil etməyi planlaşdırır. Qrup üzvləri Kapitoliya binası qarşısında aksiyanı İraqda həlak olmuş Amerika əsgərlərinin simvolu kimi yerə uzanaraq davam etdirməyi nəzərdə tutub. Müharibə əleyhinə təşkilat gələn həftə Konqres qarşısında nümayişlərin təşkilini planlaşdırır. İraq müharibəsinin tərəfdarlarının nümayişini Vyetnam müharibəsinin veteranlarının bir qrupu təşkil edir.
XS
SM
MD
LG