Accessibility links

İtaliyada Qlobal Darfur Günü qeyd olunub


Dünyanın 30 ölkəsində insanlar Qlobal Darfur Gününü qeyd edirlər. İtaliyada Darfurdan gəlmiş qaçqınlar başqalarına qoşularaq regionda baş verən genosidə son qoyulmasını tələb etmiş və Romada səfərdə olan Sudan prezident Ömər Həsən əl Bəşirin səfərinə etiraz ediblər. Nümayiş Sudan dövlət başçısı Ömər Həsən əl Bəşirin Romaya 3 günlük səfərinin ardınca keçirilib. Romada olarkən Prezident Bəşir Liviyada Oktyabrın 27-də sülh danışıqlarının başlaması münasibətilə atəşkəs elan edəcəyini bildirib. Lakin nümayişdə iştirak edən insan hüquqları qrupları Prezident Bəşirin Romada Darfurda vəsiyyətin yaxşılaşmasına dair dedikləri ilə razılaşmırlar.
XS
SM
MD
LG