Rusiyanın ultra-millətçi Liberal Demokrat Partiyası Londonda Kreml tənqiçisinin qətlində günahlandırılan yeganə şübhəli – Andrey Luqovoya parlament seçkiləri üçün nəzərdə tutulmuş namizədlər siyahısının yüksək pilləsində yer ayırıb. Partiya qurultayında Luqovoya partiya lideri Vladimir Jirinovskidən sonra ikinci yer ayrılıb. Seçkilərdən sonra yerlər apartiyalara ssəsvermədə aldıqları faiz əsasənda paylanacaq. Britaniya polisi sabiq DTK agenti Luqovoyu sonradan kremlin tənqidçisinə çevrilmiş sabiq casus Aleksandr Litvinenkonun qətlıində şübhəli bilir. Luqovoy özü bu ittihamı rədd edir. Moskva Britaniyanın Luqovoyu təhvil vermək haqda müraciətinə mənfi cavab verib.