Accessibility links

İraqda təhlükəsizlik şirkətlərinin əməliyyatlarına nəzarət olunacaq


İraq rəsmiləri deyir ki, ölkədəki bütün təhlükəsizlik şirkətlərinin əməliyyatlarına nəzarət olunacaq. Buna səbəb kimi ABŞ təhlükəsizlik kontarktorlarının Bağdadda atışmalardakı rolu göstərilir. Hökumətin sözçüsü Əli əl-Dabbaq deyib ki, Kabinet İraq qanunlarına uyğun olaraq, xarici və yerli təhlükəsizlik şirkətlərə nəzarət etmək qərarına gəlib. O bildirib ki, Kabinet həmçinin Daxili İşlər Nazirliyinin “Black Water USA”-in lisenziyasının əlindən alınması qərarını da dəstəkləyib. Qeyd edək ki, rəsmilərin itthamlarına görə, bazar günü bu şirkətin əmkdaşları İraqda 8 mülki vətəndaşı öldürüblər. Dünən isə ABŞ dövlət katibi Kondaliza Rays İraq baş naziri Nuri əl-Malikiyə zəng edərək, baş verən hadisə ilə bağlı öz təəssüfünü bildirib və insidentin tam araşdırılacağına söz verib.

XS
SM
MD
LG