Accessibility links

ABŞ dövlət katibi Yaxın Şərqə səfər edib


ABŞ dövlət katibi Kondoliza Rays İsrail və Fələstin ərazilərinə 2 günlük səfərə başlayır. Səfər zamanı dövlət katibi Fələstin dövlətinin yaranması barədə fikir ayırıqlarını aradan qaldırmağa çalışacaq. Kondoliza Rays İsrailin baş naziri Ehud Olmert ilə Qüdsdə və Fələstin prezidenti Mahmud Abbas ilə İordan çayının Qərb sahilində ayrı-ayrı görüşlər keçirəcək. Onlar cari ilin noyabr ayında Birləşmiş Ştatlarda keçiriləcək konfransa təqdim ediləcək Fələstin dövlətinin yaradılmasına dair sənədlər üzərində işləyəcək.

XS
SM
MD
LG