Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiyanın Kosovo vilayətinə birtərəfli müstəqillik verilməsinin Avropanın sabitliyinə hədə törədəcəyi barədə Rusiyanın mövqeyini bir daha təkrar edib. Sergey Lavrov bunları Fransanın xarici işlər naziri ilə görüşündən sonra deyib. Bernard Kuçner isə bidlirib ki, Kosovonun gələcəyi ilə bağlı danışıqlar qeyri-müəyyən qala bilməz. Tərəflər öz mövqelərini ABŞ, Avropa Birliyi və Rusiya vasitəçilərinin Kosovonun gələcək statusu ilə bağlı iki günlük London danışıqlarının başladığı vaxt bildirir.