Accessibility links

Qırğızıstan prezidenti referenduma qərar verdi


Qırğızıstan prezidenti gələn ay yeni konstitutsiyanın qəbulu haqda milli referendum keçirilməsinə qərar verib. Bu gün parlamentdə danışan Kurmanbek Bakiyev deyib ki, o referendumun Oktyabrın 21-də keçirilməsini istəyir. Cənab Bakiyevin sözlərinə görə konstitutsiyadakı başlıca dəyişiklik parlament seçkilərinin partiya siyahısı əsasında tərtib edilməsini nəzərdə tutur. İki il bundan öncə Prezident Askar Akayevin hakimiyyətdən devrilməsindən bəri Qırğızıstan siyasi qeyri-sabitliklə üzləşir. Referendum keçirilməsi haqda fərman Qırğızıstan Konstitiutsiya Məhkəməsinin ötən ilki dəyişiklikləri ləğv etməsindən sonra verilib.
XS
SM
MD
LG