Accessibility links

ABŞ Dövlət katibinin Yaxın Şərqə sülh missiyası başlayıb


ABŞ dövlət katibi Kondoliza Raysın Yaxın Şərqə iki günlük sülh missiyası başlayıb. Danışıqların əsas mövzusu Fələstin dövlətinin yaradılması olacaq.

Bu gün Dövlət katibi Rays İsrail rəhbərləri ilə Qüdsdə, sabah isə İordan çayının qərb sahilində fələstinlilərin prezidenti Mahmud Abbasla görüşəcək. Danışıqlar zamanı tərəflər bu ilin noyabr ayında Birləşmiş Ştatlarda keçiriləcək konfransa təqdim ediləcək Fələstin dövlətinin yaradılmasına dair sənədlər üzərində işləyəcəklər.
İsrail hökümətinin nümayəndəsi Mark Regev deyib ki, islamçı Həmas qrupunun Qəzzə zolağında nəzarəti əələ almasından sonra, İsrail Mahmud Abbasın İordan çayının qərb sahilində hökümətini gücləndirmək istəyir.
“Aydındır ki, biz rəsmi Fələstin höküməti ilə əməkdaşlıq edirik və ona başçılıq edənlər mötədil insanlardır. Bu insanların işə praktiki yanaşması və sülhə nail olmaq istəyi var. Biz onlarla bir yerdə işləyəcəyik.”

Fələstin dövlətinin yaradılması barədə İsrail və Fələstinin mövqelətində hələ də fərqlər müşahidə olunsa da, prezident Abbas deyir ki, o razılığın əldə olunacağına inanır.
“Biz razılıq əldə edib beynəlxalq konfransa təqdim edə biləcəyimiz təqdirdə, İsraillə sülh razılığının əldə olunmasına yaxşı zəmin yarada bilərik.”
Lakin Fələstin rəsmiləri bildiriblər ki, İsrail onların təkliflərini qəbul etməyəcəyi təqdirdə, onlar sülh konfransında iştirak etməyəcəklər.

XS
SM
MD
LG