Accessibility links

Raymond Odierno İraqda zorakılıqların sayının ən aşağı səviyyədə olduğunu deyir


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komandan müavini general-leytenant Raymond Odierno bu gün Bağdadda müxbirlərlə deyib ki, 2006-cı ildə təriqət zəminində zorakılıqlara yol açmış Samirə şəhərindəki Qızıl Məscidin bombardman edilməsindən sonra ölkədə zorakılıqların sayı ən aşağı səviyyədədir. General Raymond Odierno yanvar ayından bəri paytaxtda hücumların sayının 50% azaldığını deyib.

Fevral ayından bəri Birləşmiş Ştatlar ordusu Bağdadda və digər vilayətlərdə sünni və şiə yaraqlıları, Əl-Qaidə terrorçularına və qarşı hərbi əməliyyatlara başlamışlar.

XS
SM
MD
LG