Accessibility links

Amerika Çinin valyutasının dəyərinin artırılmasını istəyir


ABŞ Çini valyutasının mübadilə reytini uyğunlaşma səviyyəsində saxlamağa çağırıb. Pekin universitetində çıxış edən ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Deyvid Makkormik Amerika-Çin iqtisadi əməkdaşlığının imkanlarından danışıb. O deyib ki, Çin valyutasının dəyişkənliyi inkişaflara mane olmayacaq. Deyvid Makkormik bildirib ki, uyğun reytlər deflyasiya deyil, iqtisadi artıma xidmət edəcək. ABŞ maliyyə nazirinin müavini bunun Çin və Amerikanın diqqətlərini digər çətinliklərin aradan qaldırılmasına yardım edəcəyini deyib. Amerika Çinin valyutasının dəyərinin artırılması ilə idxaldan asılılığını azaltmaq və daxili bazarlara olan tələbatı gücləndirməyə çalışır.

XS
SM
MD
LG