Accessibility links

Pərviz Müşərrəf prezident seçkilərində iştirak edəcək


Pakistanın seçki rəsmiləri prezident Pərviz Müşərrəf ölkənin lideri və ordu başçısı kimi iki vəzifəni icra etməsilə bağlı Ali Məhkəmədə hüququ problemlərlə qarşılaşmasına baxmayaraq, onun prezident seçkilərində iştirak edəcəyini bildiriblər. Seçkilər oktyabrın 6-a təyin olunub. Müxalifət partiyaları Pərviz Müşərrəfin seçkilərdə iştirakına icazə verildiyi halda, etiraz əlaməti olaraq parlamenti tərk etməyə və ölkə üzrə nümayişlər təşkil etməyə söz vermişlər. Onlar Ali Məhkəməyə petisiya göndərərək, 1999-cu ildə dövlət çevrilişi nəticəsində hakimyyəti əlinə alan general Müşərrəfin artıq iki müddət hakimiyyətdə olduğunu və ordu başçısı kimi istefa verməli olduğunu qeyd ediblər. General Pərviz Müşərrəfin vəkili deyib ki, o, prezident seçildiyi halda, ordu başçısı kimi vəzifəzindən istefa verəcək.
XS
SM
MD
LG