Accessibility links

Əfqan polisinə hücumlar davam edir


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, bu gün Qunduz vilayətində Taliban yaraqlılarının polis məntəqəsinə etdiyi hücum nəticəsində iki polis işçisi qətlə yetirilib. Vilayət rəsmiləri daha iki polis işçisinin yaralandığını bildiriblər.

Ölkənin cənubundakı Vardak vilayətinin rəsmiləri isə bildirirlər ki, dünən Əfqan hərbiçilərinin keçirdikləri hərbi əməliyyatlar zamanı iki Taliban komandiri öldürülüb. Müdafiə nazirliyi toqquşma zamanı bir neçə yaraqlının da öldüyünü xəbər verir. Lakin öldürülənlərin sayı barədə dəqiq məlumat verilməyib.

XS
SM
MD
LG