İran prezidenti Mahmud Əhmədinejad deyib ki, sanksiyalar onun ölkəsinin nüvə layihələrinin qarşısını ala bilməyəcək. Mahmud Əhmədinejad habelə ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasına çağırıb. Bu gün İraqla 1980-88-ci illərin müharibəsinin ildönümü münasibətilə keçirilən mərasimdə danışan Mahmud Əhmədinejad deyib ki, psixoloji müharibə və sanksiyaların İranın əldə etdiyi nailiyyərləri saxlayacağını düşünün insanlar yanlışlığa yol verir. İran prezidenti bu açıqlamaları Birləşmiş Ştatlarda yüksək səviyyəli diplomatların İrana qarşı yeni BMT sanksiyalarının mümkünlüyünü müzakirə etməsindən bir gün sonra verir.