Accessibility links

Prezident Buş fələstinlilərin prezidenti Abbasla görüşür


ABŞ prezidenti Corc Buş bu gün Nyu Yorkda Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşür. Danışıqların diqqət mərkəzində ABŞ-ın vasitəçiliyə Yaxın Şərqə dair konfransın planı olacaq. Cənab Abbasın prezident Buşdan konfransda Fələstin dövlətinin yaradılması üçün vaxtın müəyyən edilməsini istəyəcəyi gözlənilir. Liderlərin görüşü BMT-nin baş assambleyasının sessiyası çərçivəsində keçiriləcək. İsrail noyabr ayında keçiriləcək Yaxın Şərq konfransında əsas prinsiplərə dair detalların elan olunmasını gözləyir. ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, Buş administrasiyası Suriya və Ərəb Liqasının digər üzvlərini də konfransa dəvət etməyi planlaşdırır.

XS
SM
MD
LG