Accessibility links

Iran prezidenti Amerika ictimaiyyətini öz fikirləri ilə tanış etmək istəyir


Birləşmiş Ştatlara səfərinə müxtəlif reaksiyalar verilən İran prezidenti Mahmud Əhmədinejad Amerika ictimaiyyətini öz fikirlərilə tanış etmək məqsədilə bu gün iki tədbirdə iştirak edəcək. Prezident Əhmədinejad Nyu Yorkdan Vaşinqtondakı jurnalistlərlə video konfrans keçirəcək və Kolumbiya Universitetinin tələbələri qarşısında məruzə edəcək.

İran prezidenti Birləşmiş Ştatlara bazar günü gəlib. Tənqidçilər Kolumbiya Universitetinin cənab Əhəmdinejadın çıxışına icazə verməməli olduğunu demişlər. Lakin universitet bildirib ki, İran liderinin mövqeyi ilə əlaqədar ona çətin suallar veriləcək.

Mahmud Əhmədinejad BMT-nin Baş Assambleyasında həftənin çərşənbə axşamı günü çıxış edəcək. İctimaiyyət qarşısında çıxışından öncə İran prezidenti CBS teleşirkətinin 60 dəqiqə proqramına müsahibəsi zamanı deyib ki, İranın nüvə silahına ehtiyacı yoxdur və o, Birləşmiş Ştatlar və İranın müharibə yolunda olduğuna inanmır. Müsahibə keçən həftə lentə alınıb və bazar günü göstərilib.

XS
SM
MD
LG