Fransanın xarici işlər naziri deyir ki, BMT Təhlükəsizlik Şurası bu gün Birmadakı böhranı müzakirə edəcək. Ölkəsinin Təhlükəsizlik Şurasına müvəqqəti rəhbərlik etdiyi Bernard Kuçner deyir ki, görüş Amerika vaxtı ilə günorta başlayacaq. Bundan öncə Britaniya baş naziri Qordon Braun şuranı Birmanın hərbi hökumətinin dinc aksiyanı zorakılıqla dağıtması üzərində debat aparmağa səsləmişdi. O, deyib ki, insan hüquqlarını pozanlar cəzalandırılmalıdır. Ağ Evin sözçüsü Qordon Conro Birmada baş verənlərin dərin narahatlıq doğurduğunu demişdir. Qeyd edək ki, dünən ABŞ Birma generallarına, onların tərəfdarlarına və ailə üzvlərinə qarşı sərt yeni sanksiyalar tətbiq edib.