Accessibility links

İrana qarşı sanksiyalar müzakirə olunur


Almaniya vəTəhlükəsizlik Şurasının 5 daimi üzvü olan ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin rəsmiləri bu gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında toplaşacaqlar. Görüşün məqdəsi İranın mübahisəli nüvə proqramı ilə bağlı qoyulacaq sanksiyalar barədə fikir ayrılıqlarını müzakirə etməkdir. Şura üzvlərindən ABŞ, Fransa və Böyük Britaniya İrana qarşı güclü sanksiyaların tətbiq edilməsinin tərəfdarıdır. Ancaq bir neçə gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov İrana qarşı sanksiyalar qoymağın hələ tez olduğunu bildirmiş və rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə danışıqları davam etdirməsini dəstəkləmişdir.

XS
SM
MD
LG