Accessibility links

İraq polisi ABŞ əsgərlərinin reydi zamanı 10 mülki vətəndaşın öldüyünü bildirib


İraq polisi və şahidlərin sözlərinə görə, dünən ABŞ qüvvələri Bağdad yaxınlığındakı sünnilərin yaşadığı Siha qəsəbəsində 10 mülki vətəndaşı öldürüb. Bir neçə insan isə xəsarət alıb. ABŞ hərbi qüvvələri hadisə bağlı açıqlama verməyiblər. Dünən koalisiya qüvvələrinin Bağdadın cənubunda keçirdiyi quru və hava hücumu nəticəsində 9 qadının və 1 körpənin öldüyü bildirilmişdi. Rəsmilər əməliyyatın Əl-Qaidə yaraqlılarını məhv etmək üçün keçirildiyini deyib. Yerli polisin Associated Press agentliyinə verdiyi məlumata görə isə, hücumlar zamanı ölənlərin hamısı evlərinin içərisində olub.

XS
SM
MD
LG