Accessibility links

Türkiyə PKK-ya qarşı İraqla birgə döyüşəcək


Türkiyə və İraq arasında terrorizm əleyhinə əməkdaşlıq haqda razılaşma əldə olunub. Razılaşma türklərə İraqın şimalından Türkiyə ərazisinə hücum edən kürdlərə qarşı sərbərt mübarizə aparmağa icazə verir. Razılaşmanın şərtlərinə Türkiyə qoşunlarının İraq ərazisinə keçməsi daxil edilməyib. Türkiyə daxili işlər naziri Bəşir Atalayla iraqlı həmkarı Cavad əl-Bolaninin sənədi imzalama mərasimi yerli telekanallarla canlı yayımlanıb. Razılaşmanın şərtlərinə görə, hər iki dövlət kürd yaraqlılar və terrorçu qruplara qarşı birgə mübarizə aparacaq. Mərasimdən sonra açıqlama verən cənab Atalay İraq hökuməti ilə əməkdaşlığın daha da gücləndirməsini istədiyini söyləyib. “Qoşunlarımızın İraq ərazisinə keçərək orada da kürd seperatçılarla mübarizə aparması üçün rəsmi Bağdadla danışıqları davam etdiririk”- deyə o bildirib.

XS
SM
MD
LG