Accessibility links

Müşərrəf prezidentliyə namizəd oldu


Pakistan Ali Məhkəməsi Prezident Pərviz Müşərrəfin yeni dönəmə prezident seçilməsinə qarşı irəli sürülən iddiaları rədd edib. 6:3 nisbətində səslə hakimlər heyəti General Müşərrəfin yeni 5 illik hakimiyyət məramına olan hüquqi şikayətləri əsassız hesab ediblər. Müxalif hüquqşunaslar appelyasiya məhkəməsinə şikayət edəcəklərini bildiriblər. Anti-hökumət hüquqşünasları və müxalifət tərəfdarları məhkəmənin qarşısına toplaşmış və şüarlar səsləndirmişlər. Dünən General Müşərrəf rəsmən Oktyarın 6-da keçiriləcək prezident seçkilərinə qatılıb. Ondan başqa iki müxalifət namizədi qeydə alınıb. Yüzlərlə iğtişaş polisi və təhlükəsizlik qüvvələri paytaxt İslamabadda nümayişlərin qarşısını almaq üçün küçələri bağlayıblar.

XS
SM
MD
LG