Accessibility links

Mixail Saakaşvili ona qarşı ittihamları yalan adlandırır


Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətlə əlaqəsi olan biznesmenin qətlindəki roluna dair ittihamları rədd edib. O deyib ki, İrakli Okruaşvilinin bu ittihamları “bağışlanılmaz yalan”dır. Mixail Saakaşvili sabiq müdafiə nazirinin etirazlara yol açan həbsini müdafiə edib. Qeyd edək ki, dünən Gürcüstanın paytaxtı Tbilisidə 10000-ə yaxın adamın iştirakı ilə nümayiş keçirilmişdi. Aksiya iştirakçıları Okruaşvilinin həbsini qinamış, növbədənkənar parlament və prezident seçkilərinə çağırmışdı.

XS
SM
MD
LG