Accessibility links

İran BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı davam etdirəcək


İranın xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün bildirib ki, İran Təhlükəsizlik Şurasının daha ciddi sanksiyalar tətbiq etməsinin qarşısını almaq üçün BMT-nin nüvə agentliyi ilə əməkdaşlığı davam etdirəcək. Cümə günü BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya diplomatları BMT-nin Nyu Yorkdakı baş qərargahında görüş zamanı yeni sanksiyaların tətbiqi məsələsini noyabr ayına qədər təxirə salmaq haqda razılığa gəlmişlər. Lakin ABŞ və Almaniya noyabr ayına qədər qarşıdurma diplomati yolla həll olmasa İrana qarşı sanksiyaların növbəti üçüncü raundunun tətbiqinə çalışacaqlarını bildiriblər.
XS
SM
MD
LG