Accessibility links

ABŞ hərbi təyyarəsi Iraqda 20 yaraqlını məhv edib


ABŞ hərbi qüvvələri Bağdaddan şimal-qərbdə atışma zamanı Amerika hərbi təyyarəsinin 20 yaraqlını məhv etidyini bildirib. Hərbi qüvvələrin bildirdiyinə görə, yaraqlılar dünən ABŞ təyyarəsinə tüfənglər və raketlərdən atəşə tutmuş, hərbi təyyarə cavab atəşi açmalı olmuşdur. ABŞ hərbi qüvvələri bununla yanaşı daha bir döyüş zamanı, koalisiya qüvvələrinin terrorçuluqda şübhəli bilinən iki nəfəri öldürdüyünü, şənbə və bazar günləri bütün ölkə üzrə 30-dan artıq şübhəlinin saxlandığını bildirib. Bağdadda reyd zamanı silah qaçaqmalçılığı ilə məşğul olan İranla bağlı İraqın xüsusi qrupu adlanan təşkilatın 15 üzvünün həsb edildiyi bildirilir.
XS
SM
MD
LG