Accessibility links

ABŞ Afrikada yeni hərbi plana başlayır


ABŞ-ın Müdafiə Nazirliyi bu gün yeni Afrika komandasına başlayır. AFRİKOM adlanan bu yenidənqurma komandası Afrika qitəsində terrorizmə qarşı mübarizə fəaliyyətlərinin koordinasiyası, yardımlar və təlimlərin həyata keçirilməsinə xidmət edəcək. Afrika ölkələrinin bir çoxu bu hərbi plana etiraz edir. Onlar Pentaqonun bunun nə məqsədlə edildiyinə tam izahat vermədiyini bildirir. Cənubi Afrika kimi planın əleyhinə olan ölkələr yeni sistemin Amerikanın Afrika ölkələrinə hərbi müdaxilə ehtimalını artırdığını bildirir. Amerika Birləşmiş Ştatları isə qitədə yeni hərbi bazalar yaradılmayacağını deyir.

XS
SM
MD
LG